Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov saxlanılmışdır

14.02.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq heroin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə F.Həsənova narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş F.Həsənov da müəyyən edilərək saxlanılmışdır. Onun yaşadığı evdən çəkisi 1 kiloqram 5 qram heroin, 85 qramdan artıq tiryək,  237 qrama yaxın metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür.

F.Həsənovun Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində gizlətdiyi 1 kiloqram tiryək də aşkar edilərək götürülmüşdür.

14.02.2020 tarixinə olan kriminal məlumatlar