İmişli rayonunun Şahverdili kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.02.2020Fevralın 14-də saat 21 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində rayon sakini Nizami Həsənov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində olan camışı vurmuş və idarəetməni itirdiyindən nəqliyyat vasitəsi aşmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişinləri olan həmyerlisi Məhəmməd İsayev və digər şəxs xəstəxanaya yerləşdirilmiş, M.İsayev orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.