Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin və A.Həsənovun törətdikləri digər cinayət əməlləri müəyyən edilmişdir
14.02.2020Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin və A.Həsənovun ətrafında Nərimanov RPİ 17-ci PŞ, Nizami RPİ 23-cü PB və Xətai RPİ 37-ci PŞ-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 14-nə keçən gecə Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birindən 180 manat pul, Xətai rayonu ərazisindəki gözəllik salonlarının birindən 1800 manat olan pulqabı və mobil telefon oğurlamaları da müəyyən edilmişdir.
A.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-nə keçən gecə Nizami rayonu ərazisindəki mağazaların birindən 1723 manat, 1 ədəd qol saatı və mobil telefon oğurlaması da müəyyən edilmişdir.