Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı oradan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
14.02.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan kokain və tramadol həbbi, eləcə də sərnişini, həmyerlisi E.Qarayevdən heroin, metadon, metamfetamin, 1 ədəd saxta olması ehtimal olunan 100 manatlıq pul əskinası və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.
E.Qarayevin yaşadığı evdən isə əlavə olaraq 4 kiloqram 114 qramdan artıq marixuana götürülmüşdür.