DİO əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər müəyyən edilərək saxlanılmışdır
14.02.2020Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş İ.Əliyevə narkotiki satmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini T.Ağayev müəyyən edilmişdir. Onun yaşadığı evdən 508 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə T.Ağayeva narkotik vasitəni satmaqda şübhəli bilinən Biləsuvar rayon sakini İ.Hüseynov da müəyyən edilərək saxlanılmışdır. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 525 qram heroin, 131 qrama yaxın tiryək aşkar edilərək götürülmüşdür.