Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini E.Kərimov avtomobillə birgə saxlanılmışdır
14.02.2020Fevralın 13-də saat 22 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini İ.Tağızadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olmuşdur.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, ƏÇPA və 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Kərimov qeyd edilən avtomobillə birgə saxlanılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.