Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanı qətlə yetirməkdə şübhəli bilinən Ruslan Qurbanov könüllü olaraq təslim olmuşdur
17.08.2016Avqustun 17-də Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanın evinə gəlmiş Samux rayon sakini, qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruslan Qurbanov ailə-məişət münaqişəsi zəminində ona və bacısı Nailəyə bıçaqla xəsarət yetirmişdir. M.Vəliyeva hadisə yerində ölmüşdür.
R.Qurbanov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək istintaqa təslim olmuşdur.
Araşdırma aparılır.