Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Vahid Əhmədov tutulmuşdur
17.08.2016Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da şəhər sakini Ramiz Cabbarova məxsus “KamAZ” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Vahid Əhmədov tutulmuşdur. ŞPİ 4-cü PB əməkdaşları tərəfindən V.Əhmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.