Bərdə rayonunun Zümürxan kəndində yol-nəqliyyat hadisəsi
17.08.2016Avqustun 17-də saat 21 radələrində Bərdə rayonunun Zümürxan kəndində Ağdam rayon sakini Vüsal Əliyevin idarə etdiyi “Mercedes”, Kəlbəcər rayon sakini Aqil İsayevin idarə etdiyi “VAZ-2106”, rayon sakinləri Kənan Tofiqlinin idarə etdiyi “VAZ-2106” və Saleh Qasımovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.İsayev və sərnişinlərindən - arvadı Vəfa hadisə yerində ölmüş, digər 2 sərnişini, S.Qasımov və 2 sərnişini, habelə K.Tofiqlinin 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.