Paytaxt sakinləri Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulmuşlar
17.08.2016Avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs, orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edib X.Piriyevaya məxsus mobil telefonu almışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulmuşlar.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.