Mağazalardan oğurluq etməkdə və avtomobil qaçırmaqda şübhəli bilinənlər Şəki rayon sakini Bayram Məhyəddinov və Yevlax rayon sakini Vüqar Həsənov tutulmuşlar
17.08.2016Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 1-dən iyunun 22-dək olan müddətdə Bakı şəhər sakinləri Səbinə Sultanovaya məxsus evdən, Fərid Rzayevə məxsus kafedən, Günel Hacıyevaya məxsus avtomobildən, Elşad Abbasova məxsus mağazadan pul, sənəd, qızıl və məişət əşyaları oğurlamaqda və Şəhriyar Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinənlər Şəki rayon sakini Bayram Məhyəddinov və Yevlax rayon sakini Vüqar Həsənov tutulmuşdur.