DİO əməkdaşları tərəfindən və vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
17.08.2016Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Salahlı kənd sakini Mübariz Daşdıyev tərəfindən kəndin otlaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 14 kiloqram 435 qram olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. M.Daşdıyevə məxsus “Slavita” markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 785 qram çətənə kolunun yarpaqları və budaqları aşkar edilərək götürülmüşdür.