Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi
17.08.2016Avqustun 17-də saat 19 radələrində Binəqədi rayonunda Bakı şəhər sakini Ağarza Xudaverdili idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Ələsgər Məmmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.