Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu ərazisində quldurluq törədənlər "isti izlər"lə tutulmuşlar

27.05.2016

Mayın 27-də paytaxtın Xətai rayonu ərazisində yaşayan 64 yaşlı Zəridə Yunusovanın evinə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlamış, döyərək oradan 65000 manat pul və 15000 manat dəyərində qızıl əşyalar aparmışdır.

Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Yasamal RPİ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulmuşlar.

27.05.2016 tarixinə olan kriminal məlumatlar