Carı il aprelin 12-də H.Qasımovun istiqamətində avtomat silahdan atəş açıb ona xəsarət yetirmiş qrupun digər üzvü tutulmuşdur
27.05.2016Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində carı il aprelin 12-də Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açıb ona xəsarət yetirmiş qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə Ramil Hüseynlinin və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən edilmişdir.