Mayın 21-də Şabran rayon sakini R.Qafarova məxsus yardımçı təsərrüfatdan 34 baş qoyun oğurlamış həmyerlisi T.Əmiraslanov tutulmuşdur
27.05.2016Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon sakini Rafiq Qafarova məxsus yardımçı təsərrüfatdan 34 baş qoyun oğurlamış həmyerlisi Tahib Əmiraslanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 rayon sakininə məxsus evlərdən pul, qızıl əşyalar və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.