Tərtər rayonu ərazisində üstünə beton plitə düşmüş M.Orucov ölmüşdür
27.05.2016Mayın 27-də Tərtər rayonunun Köçərli kəndində Mansur Kərimli idarə etdiyi “Zoomlion” markalı qaldırıcı kran vasitəsilə beton plitələri Mahir Orucovun idarə etdiyi “Shacman” markalı avtomobilə yükləyərkən beton plitə M.Orucovun üstünə düşmüşdür. O xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.