Mayın 11-də Bakı şəhər sakini Ə.Əliyevə məxsus evdən pul oğurlamış paytaxt sakini R.Şəfəqqətov tutulmuşdur
27.05.2016Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-də Bakı şəhər sakini Əli Əliyevə məxsus evdən 550 manat pul oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 evdən inşaat materialları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.