Bakı şəhər sakini N.Hüseynova məxsus mağazadan oğurluq etmiş M.Cavadov tutulmuşdur
27.05.2016Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Bakı şəhər sakini Namiq Hüseynova məxsus mağazadan 400 manat dəyərində spirtli içki oğurlamış paytaxt sakini Miryusif Cavadov tutulmuşdur. Onun həmin gün rayon ərazisində yerləşən daha bir ticarət mərkəzindən spirtli içki oğurlaması da müəyyən edilmişdir.