Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi
27.05.2016Mayın 27-də saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Saatlı rayon sakini Babək Rəhimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Vaqif Əzizovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.