Gəncə şəhər sakini Sabir Əliyevdən tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qr heroin götürülmüşdür
26.11.2015Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulmuşdur. Ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülmüşdür.