Nərimanov rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
26.11.2015Noyabrın 26-da saat 07 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Əlişan Abıyev vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ə.Abıyev orada ölmüşdür.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Hyundai” markalı avtomobilin sürcüsü - paytaxt sakini Fəxrəddin Əmirov saxlanılmışdır.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.