Oğurluq etdiyinə görə tutulmuş paytaxt sakini Samir Babayevdən 0,248 qr heroin götürülmüşdür
26.11.2015Noyabrın 25-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Elnur Hüseynova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 6 ədəd bankomat kartı və geyim əşyası oğurlanmışdır.
Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Samir Babayev tutulmuş, ondan 0,248 qram heroin götürülmüşdür. Əətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 15-də Hökümə Babayevaya və Şamil Fətəliyevə məxsus avtomobillərdən pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir.