Oğurluq etmiş Şabran rayon sakini Afiq Əhmədov tutulmuşdur
26.11.2015Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Şəmsəddin Salahova, noyabrın 23-də isə Coşqun Abbasova məxsus “Topaz” mərc oyunları məntəqəsindən məişət əşyaları və 600 manat dəyərində lotoreya oğurlamış Şabran rayon sakini Afiq Əhmədov tutulmuşdur.