Bakıxanov qəsəbə sakini Vüqar Hüseynliyə qarşı quldurluq etmiş şəxslər müəyyən edilərək tutulmuşlar
26.11.2015Noyabrın 22-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər qəsəbə sakini Vüqar Hüseynlinin idarə etdiyi “BMW” markalı avtomobilə sərnişin qismində oturub R.Qəmbərov küçəsinə gedəcəyini bildirmişdir. Həmin ünvanda onlar V.Hüseynlini bıçaqla hədələyib 292 manatını və sənədlərini alıb hadisə yerini tərk etmişdir.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Şəhadət Məmmədov və oğlu, əvvəllər məhkum olunmuş Nemət tutulmuşlar.
Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 16-da Bakı şəhər sakini Vera Leşinskayanın 18 manatını və qızıl əşyasını soyğunçuluq yolu il almaları da müəyyən edilmişdir.Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.