Bakı şəhər sakini Azər Misdimovdan 0,168 qr heroin götürülmüşdür
26.11.2015Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Misdimovdan 0,168 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Səbinə Heydərovaya, Elmira İsgəndərovaya, Gülnar İbadlıya və Günəş Əhmədovaya məxsus çantalardan pul, mobil telefon və sənədlər oğurlaması da müəyyən edilmişdir.