Gəncə şəhər sakini Ruzi İsmayılovdan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qr heroin götürülmüşdür
26.11.2015Noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov “Nardaran” hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlmişdir. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərmişdir. R.İsmayılov tutulmuş və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülmüşdür.