Avqustun 10-da narkotik vasitə ilə tutulmuş A.Quliyevin digər şəxslə birlikdə M.İsmayılzadəni qətlə yetirməsi müəyyən edilmişdir
11.08.2014Baş Prokurorluq, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşları tərəfindən avqustun 10-da narkotik vasitə ilə tutulmuş Arzu Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Əliyevlə birgə bu il fevralın 20-də Maral İsmayılzadəni qətlə yetirməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Y.Əliyev də tutulmuşdur. Ondan 0,492 qran heroin götürülmüşdür.