Ucar rayon sakini C.Sədiyevaya məxsus qoyunları oğurlamış həmyerlisi E.Məmmədov tutulmuşdur
11.08.2014Avqustun 9-da Ucar rayonunun Məlikballı kənd sakini Cəmilə Sədiyevaya məxsus 2 baş qoyun kəndin otlaq sahəsindən oğurlanmışdır.
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazıqumlaq kənd sakini Elnur Məmmədov tutulmuşdur.