Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
11.08.2014Avqustun 12-də saat 20 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Süleyman Həbibov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Zahid Kəlbiyevi vurmuş və idarəetməni itirdiyindən avtomobil yolun kənarındakı ağaca dəyərək aşmışdır. Sürücü və sərnişinləri Musa Məmmədov, Mircəfər Əsgərov, habelə Z.Kəlbiyev ölmüşlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.