Oğurluq etdiklərinə görə tutulmuş R.Moskalyovun və A.Kutlunun digər oğurluq hadisələrini də törətmələri müəyyən edilmişdir
11.08.2014Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Riza Hamit oğlunun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların, Könül Pənahovaya və Mikayıl İsmayılova məxsus velosipedləri, habelə Sədəf Səydiyevaya və Natiq Həsənova məxsus avtomobillərdən pul, mobil telefon, bankomat kartı və sənəd oğurlamaları da müəyyən edilmişdir.