Astara rayonu Ərçivan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
11.08.2014Avqustun 12-də saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsinin ərazisində qəsəbə sakini Şıxəli Əfsəlovun idarə etdiyi “VAZ-21099” və Şüvi kənd sakini Vaqif Sadıqovun idarə etdiyi “Geely” markalı avtomobillər toqquşmuşdur. Ş.Əfsəlov hadisə yerində ölmüşdür.
Astara RPŞ tərəfindən araşdırma aparılır.