Ağsu rayonu Sanqalan kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
11.08.2014Avqustun 12-də saat 06 radələrində Ağsu rayonu Sanqalan kəndinin ərazisində Balakən rayon sakini Cavad Süleymanov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırmışdır. Sürücü hadisə yerində ölmüş, sərnişinləri - həmyerliləri İlqar İsayev və Qəhrəman Quliyev xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.