Oğurluq etdiyinə görə saxlanılmış N.Tolubiyevin digər oğurluq hadisələrini də törətməsi müəyyən edilmişdir
11.08.2014Səbail RPİ 8-ci PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılmış Nikita Tolubiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Nailə Allahverdiyevanın və Zaur Əkbərovun evlərindən pul, kosmetik əşyalar və sənəd, Elçin Məmmədova, Şəfa Cəbrayılovaya və Daşqın Süleymanova məxsus avtomobillərdən yan güzgüləri və kənd təsərrüfatı məhsulları, Cənnət Musayevanın həyətindən geyim əşyası, habelə Samir Abbasəliyevə məxsus mobil telefonu oğurlaması da müəyyən edilmişdir.