Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Nəriman Əsədov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ruslan İsayev DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasına və göstərilən köməkliyə görə Baş Pasport və Qeydiyyat İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Siyəzən rayon sakini Məsumə Məmmədova DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ və obyektiv baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Astara rayon sakini İlqar Dadaşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Tale Hüseynov DİN-ə ünvanladığı məktubunda vətəndaşlarla xoş rəftar və səmimi ünsiyyətə, göstərdiyi xidmətə görə Gəncə ŞBPİ-nin Nizami RPİ-nin rəhbərliyindən razılığını ifadə edir.

Ağstafa rayon sakini Sənəm İbrahimova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda itkin düşən qardaşı Ziyaddın Heydərovun Bakı şəhərindən tapılaraq ailəsinə təhvil verilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Neftçala rayon sakini Əli Nağıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbəndəyevə təşəkkürünü ifadə edir.

Saatlı rayon Azadkənd kənd sakini Elnur Kərimov rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına görə Rayon Polis Şöbəsinin rəisi Azər Tağıyevə və müavini Fuad Məmmədova minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Amil Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğlu Emil Allahverdiyevin daxili işlər orqanlarına qəbul olunmasında göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.