Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Deqədi kənd sakini Taleh İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə görə Astara RPŞ-nin rəisi, polisi polkovniki Azər Cahangirovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.

Vətəndaş Yusif Əsədov Daxili Qoşunlarda xidmət edən oğlu Elşən Əsədovun Şəki ŞRPŞ-yə polis nəfəri kimi xidmətə qəbul olunduğu üçün DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Arzu Əliyev övladının daxili işlər orqanlarına qəbul olunmasında göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Gəncə şəhər sakini Afət Ələkbərova DİN-ə ünvanladığı təşəkkür məktubunda oğlu Dərya Quliyevin Bakı şəhərində keçirilən sıra baxışında iştirak edərək işlə təmin olunması ilə bağlı DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Anar Əhmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və tez bir zamanda baxılmasına görə DİN rəbərliyinə minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Pərvin Mirzəyev DİN-ə ünvanadığı məktubunda yazdığı şikayət ərizəsinə operativ baxılmasına görə Bakı Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Elçin Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Biləcəri qəsəbəsindəki məntəqəsində xidmət edən polis əməkdaşları Nail Məmmədov və Kənan İsrafilovun xidməti fəaliyyətlərindən razılıq ifadə edir, insanlarla səmimi davranışlarına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nazim Zalov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda itmiş sürücülük vəsiqəsinin yenisi ilə əvəz edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Paytaxtın Səbail rayonu ərazisində müvəqqəti yaşayan əcnəbi vətəndaş Hitesh Goyal DİN-ə ünvanladığı təşəkkür məktubunda ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN və Səbail RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.