Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.06.2020 - Sumqayıt şəhər sakini Fətəli Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Sumqayıt şəhər sakini Fətəli Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, eyni zamanda pandemiyanın qarşısının alınması üçün həyatlarını belə risqə ataraq gecə-gündüz xidmət aparan, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən, tənha, aztəminatlı və çoxuşaqlı ailələrə baş çəkərək ərzaq yardımları edərək qayğıkeşlik göstərən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.06.2020 - İmişli rayon sakini, jurnalist Mirsaleh Qəfərli Daxili İşlər Nazirliyinə...
İmişli rayon sakini, jurnalist Mirsaleh Qəfərli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının pandemiyanın qarşısının alınması üçün rayon ərazisində apardıqları maarifləndirici tədbirləri təqdir edir. O, fədakarlıq göstərərək gecə-gündüz xidmət aparan, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən İmişli RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.06.2020 - Bakı şəhər sakini Mirsəttar Nəzərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Mirsəttar Nəzərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını bildirir.
22.06.2020 - Quba rayon sakini Mübariz Orucov DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Quba rayon sakini Mübariz Orucov DİN rəhbərliyinə ünvanladığı məktubunda oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətə operativ baxılmasına və oğurlanmış pulların ona qaytarılmasında göstərilən köməkliyə görə minnətdarlığını bildirir.
22.06.2020 - Bakı şəhər sakini Rüfət Useynov həyat yoldaşının üzləşdiyi soyğunçuluq...
Bakı şəhər sakini Rüfət Useynov həyat yoldaşının üzləşdiyi soyğunçuluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2020 - Bakı şəhər sakini, şəhid anası Xatirə Əliyeva daxili işlər orqanlarının şəhid...
Bakı şəhər sakini, şəhid anası Xatirə Əliyeva daxili işlər orqanlarının şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2020 - Azərbaycan Dillər Universitetinin baş müəllimi N.M.Haqverdiyeva üzləşdiyi...
Azərbaycan Dillər Universitetinin baş müəllimi N.M.Haqverdiyeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə, eləcə də peşəkarlıq və yüksək mədəni davranış nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə, BŞBPİ-nin və Qaradağ RPİ 10-cu Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.
22.06.2020 - Samux rayon sakini Mikayıl Hüseynov üzləşdiyi problemlə əlaqədar etdiyi...
Samux rayon sakini Mikayıl Hüseynov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.
22.06.2020 - Şəmkir rayon sakini, Azərbaycan Vətən Müharibəsi Veteranlarının Şəmkir...
Şəmkir rayon sakini, Azərbaycan Vətən Müharibəsi Veteranlarının Şəmkir İctimai Birliyinin sədri Tahir Vəliyev ölkəmizdə koronovirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.