Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.06.2020 - Feysbuk izləyicimiz Ramin Həsənov yazır: “Sizə etdiyim şikayət qısa bir...
Feysbuk izləyicimiz Ramin Həsənov yazır: “Sizə etdiyim şikayət qısa bir zamanda həllini tapdı. Buna görə Azərbaycan Polisinə dərin minnətdarlığımı bildirirəm. Sizlərə bu şərəfli peşənizdə uğurlar arzulayıram.”
01.06.2020 - Bakı şəhər sakini Fərda İbrahimov müraciətinə operativ baxıldığına və...
Bakı şəhər sakini Fərda İbrahimov müraciətinə operativ baxıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
01.06.2020 - Şəki şəhər sakini Babaək Mahmudov sosial şəbəkələrdə baş verən hadisələrə,...
Şəki şəhər sakini Babaək Mahmudov sosial şəbəkələrdə baş verən hadisələrə, qanunsuz əməllərə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal reaksiya verildiyinə və müvafiq araşdırmalar aparıldığına görə DİN rəhbərliyinə təşəkkür edir.
01.06.2020 - Sabirabad rayon sakini Etibar Sadıqov ölkəmizdə koronavirus pandemiyası ilə...
Sabirabad rayon sakini Etibar Sadıqov ölkəmizdə koronavirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və Sabirabad Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
01.06.2020 - Bakı şəhər sakini Hikmət Məşrik xidməti vəzifəl borclarını layiqincə yerinə...
Bakı şəhər sakini Hikmət Məşrik xidməti vəzifəl borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkür edir.
30.05.2020 - DİN-in Facebook səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Rauf İbadov...
DİN-in Facebook səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Rauf İbadov səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə, Bakı Şəhər Baş Polis İdarəsində baxılaraq qısa müddətdə müsbət həll edildiyinə, ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.05.2020 - DİN-in Facebook səhifəsinin Secretspub adlı izləyicisi səhifə vasitəsilə...
DİN-in Facebook səhifəsinin Secretspub adlı izləyicisi səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə, qısa müddətdə müsbət həll edilərək ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.05.2020 - Bakı şəhər sakini İsmayıl Kərimov üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini İsmayıl Kərimov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
29.05.2020 - Bakı şəhər sakini Urfanə Məmmədova üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini Urfanə Məmmədova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nizami RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.