Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rəfi Məmmədov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Vətəndaş Rəmzi Dədəkişiyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.

Bakı şəhər sakini Tural Abuşov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin şəxsi heyətinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Xəyyam İsmayılov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və ƏÇPA-nın əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nuranə Hüseynova ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır.

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İftixar Zeynalov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sosial izolyasiya tədbirlərinə qoşulan xəstəxananın mühafizəsinin karantin qaydalarına uyğun təşkil olunmasında, asayişin, eləcə də təhlükəsizliyin təmin edilməsində vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Goranboy Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Goranboy rayon sakini Alim İbrahimov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və Goranboy RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Lənkəran rayonunun Şirin su kənd sakini Əlizakir Cahangirov DİN-ə ünvanladığı müraciət məktubunda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsində xidmət etmiş və cinayətkarlıqla mübarizədə dünyasını dəyişən oğlunun adının onun xidmət etdiyi şöbədə əbədiləşdirildiyinə görə DİN rəhbərliyi və Su Nəqliyyatında Polis İdarəsinin rəisi başda olmaqla şəxsi heyətə minnətdarlığını bildirir.