Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Fərhad Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, yollarda təhlükəsizliyin təminində polisin rolunu yüksək dəyərləndirir.

Astara rayonunun Maşxan kənd sakini Aslan Məmmədov öz təşəkkür məktubunda insanların hüquq və azadlıqlarının qorunması sahəsində görülən tədbirlərə və polis orqanlarında çalışan kadrların peşəkarlığının artırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir, həmçinin bu cür peşəkar və işinə məsuliyyətlə yanaşan əməkdaşlardan biri olan Astara RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Eltay Mikayılovdan razılığını bildirir.

Qobustan rayon sakini İntiza Məhərrəmova DİN-ə ünvanladığı məktubunda probleminin həllində ona göstərilən köməyə görə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Zaur İsmayılov DİN rəhbərliyinə ünvanladığı məktubunda yazdığı şikayət ərizəsinin araşdırılaraq təmin olunmasında göstərilən köməkliyə görə minnətdarlıq edir.

Bakı şəhər sakini Elnur Abdullayev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda BMCMİ-nə etdiyi şikayət ərizəsinə tez bir zamanda baxılmasına və ona dəymiş ziyanın qaytarılmasında göstərdikləri köməkliyə görə təşəkkürünü bildirir.

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Nizami Qardaşxanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı atılan qətiyyətli addımlara, həmçinin ümumtəhsil məktəblərində narkomaniya ilə mübarizə çərçivəsində şagirdlərlə keçirilən maarifləndirici görüşlərə, yeniyetmə və gənclərə verilən dəyərli tövsiyyələrə, vətənpərvərlik ruhunda aparılan söhbətlərə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyevdən razılığını bildirir, minnətdarlığını ifadə edir.

Cəbrayıl rayon sakini Elçin Məstəliyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında, oğurluğu törədən şəxsin yaxalanmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri yüksək peşəkarlığa görə İmişli RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəsul Balaqadaşov məktubunda şəxsi avtomobilində düşdüyü xoşagəlməz vəziyyət zamanı yaxınlıqda xidmətdə olan polis əməkdaşlarının ona yaxınlaşaraq kömək göstərdiklərinə görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.

Astara rayonu Kijəbə qəsəbəsinin sakinləri olan Şəmşir Xalıqov və Əzizağa Cahangirov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda vətəndaşların səmimi şəkildə qəbul olunmasına və qayğılarına həssaslıqla yanaşılmasına, müraciətlərin obyektiv araşdırılmasına görə Astara RPŞ-nin rəisi Azər Cahangirova minnətdarlıqlarını bildirirlər.