Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Seyran Kərimov yol polisinin ona göstərdiyi köməkliyə görə DİN-ə təşəkkür məktubu ünvanlayıb. O məktubunda yazır: “Bakıdan Qubaya gedən zaman yolda qəfildən özümü narahat hiss etməyə başladım və halım pisləşdi. Zarat kəndində Yol Polisi postuna yaxınlaşdığımdan maşını orada saxladım. Bu zaman yaxınlaşaraq özünü serjant Elvin Xankişiyev kimi təqdim edən yol polisi əməkdaşı məndən nə baş verdiyini soruşdu. Halımın yaxşı olmadığını görən E.Xankişiyev və digər əməkdaşlar mənə ilkin tibbi yardım göstərdilər, həkim briqadası çağıraraq xəstəxanaya çatdırdılar.

Vəziyyətim yaxşılaşandan sonra E.Xankişiyev məni yenidən posta gətirdi, hətta polis əməkdaşları başqa sürücü vasitəsilə mənim Qubaya – evimə qayıtmağımı təşkil etdilər”.

S.Kərimov polis əməkdaşlarının belə humanistliyinə, vətəndaşlara göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə və BDYPİ-nin Zarat postunda xidmət aparan yol polisi əməkdaşlarına təşəkkürünü bildirir.

“Nərimanfilm” kinostudiyasının Baş direktoru, Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi Əməkdar mədəniyyət işçisi Nəriman Nərimanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda sentyabrın 5-də “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalının keçirildiyi vaxt iştirakçıların təhlükəsizliyinin təmin edilməsində göstərilən köməkliyə görə Dövlət Yol Polisi və Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nigar Səfərli müraciətinə tez bir zamanda baxılaraq qızıl üzüyünün tapılıb özünə qaytarılmasında göstərdikləri köməyə görə Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vaqif Qədirov şahidi olduğu intihara cəhdin qarşısının alınmasında göstərdiyi köməyə görə Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşı Həsən Nəcəfiyə təşəkkürünü bildirir və Azərbaycan Polisi ilə qürur duyduğunu qeyd edir.

Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin Bərdə rayon Şöbəsinin sədri Tofiq İsmayılov polis veteranlarına göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Zenfira İbrahimova qızının DİN rəhbərliyi tərəfindən qəbul olunaraq dinlənildiyi üçün təşəkkürünü bildirir və Azərbaycan Polisi ilə fəxr etdiyini qeyd edir.

Bakı şəhər sakini Gülsurə Əliyeva Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda Binəqədi Rayon Polis İdarəsinə etdiyi müraciətinə həssaslıqla yanaşıldığına, İstintaq şöbəsində ədalətli baxılaraq ona dəymiş maddi ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə, həmçinin Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Mingəçevir şəhər sakini Zakir Süleymanov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda şəhər ərazisində polis əməkdaşlarının asayişi və ictimai təhlükəsizliyi etibarlı qoruduqlarına, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşdıqlarına, xoş rəftarlarına və nəzakətli davranışılarına görə görə Mingəçevir ŞPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər Məhəmmədi qəsəbəsi sakinlərinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxsə ilkin tibbi yardım göstərərək onun vaxtında xəstəxanaya çatdırılmasında, eləcə də hadisəni törətmiş şəxsin hadisə yerindən yayınmasının qarşısının alınmasında göstərdiyi çevikliyə, eyni zamanda qətiyyətə görə DİN rəhbərliyinə və Sabunçu RPİ 15-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Tərlan İbrahimliyə minnətdarlıqları ifadə olunub.