Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.09.2019 - Masallı rayonunun Təzə Alvadı kənd sakini Ataxan Həsənov DİN rəhbərliyinə...
Masallı rayonunun Təzə Alvadı kənd sakini Ataxan Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşlarından razılığını ifadə edir.
13.09.2019 - Bir qrup Astara sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda...
Bir qrup Astara sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda qanunsuz balıq ovuna və bu sahədə digər qeyri-qanuni işlər görənlərə qarşı aparılan mübarizə tədbirlərinə görə Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubova və Lənkəran xətt polis şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
13.09.2019 - Yasamal rayonu H.Cavid küçəsi ev 12-də yaşayan vətəndaş Mansurov Elçin Zaur...
Yasamal rayonu H.Cavid küçəsi ev 12-də yaşayan vətəndaş Mansurov Elçin Zaur oğlu DİN-ə ünvanladığı təşəkkür məktubunda paytaxtın mərkəzi küçələrində milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların qarşısını aldıqlarına görə daxil işlər orqanlarının şəxsi heyətinə minnətdarlığını bildirir.
13.09.2019 - Cəbrayıl rayon sakini Hüseyn Fətəliyev Daxili İşlər Nazirliyinə ünvanlandığı...
Cəbrayıl rayon sakini Hüseyn Fətəliyev Daxili İşlər Nazirliyinə ünvanlandığı təşəkkür məktubunda Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciətinə həssaslıqla yanaşıldığına və ədalətli baxıldığına görə DİN rəhbərliyinə, həmçinin RPİ-nin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.09.2019 - Bakı şəhər sakini, 2-ci qrup Qarabağ əlili, təqaüddə olan polis əməkdaşı...
Bakı şəhər sakini, 2-ci qrup Qarabağ əlili, təqaüddə olan polis əməkdaşı Bəylər Teymurov DİN-ə ünvanladığı təşəkkür məktubunda səhəttində yaranan problem zamanı ona göstərilən diqqət və qayğıya görə DİN-nin 2 saylı Poliklinikasının oftalmoloq həkimi Afət Kərimovaya və sahə terapevti Məlahət Cabbarovaya minnətdarlığını bildirir.
12.09.2019 - Bakı şəhər sakini Bəylər Teymurov DİN-ə ünvanladığı təşəkkür məktubunda uzun...
Bakı şəhər sakini Bəylər Teymurov DİN-ə ünvanladığı təşəkkür məktubunda uzun illər daxili işlər orqanlarında xidmət etdiyini, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə güllə yarası alaraq ağır yaralandığını yazıb. Səhhəti ilə əlaqədar olaraq müalicə aldığı Şağan qəsəbəsindəki pansionatda xidmət aparan polis əməkdaşlarının nizam-intizamından, nümunəvi xidmətindən qürurlandığını vurğulayaraq, DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.
12.09.2019 - Goranboy rayon sakini Ramiq Məmmədov DİN rəhbərliyinə ünvanladığı...
Goranboy rayon sakini Ramiq Məmmədov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdiyi müraciətə tez və operativ şəkildə baxılaraq göstərilən köməkliyə görə BDYPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
11.09.2019 - Bakı şəhər sakini Nəzrin Həsənova DİN-ə ünvanladığı məktubunda bildirir ki,...
Bakı şəhər sakini Nəzrin Həsənova DİN-ə ünvanladığı məktubunda bildirir ki, avqustun 28-də azyaşlı qızının itkin düşməsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edib. O, bildirir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bir neçə saat sonra qızı tapılaraq, sağ-salamat ailəsinə təhvil verilib. N.Həsənova bu gərgin əməyinə görə DİN rəhbərliyinə və qızının tapılmasında əməyi olan əməkdaşlara öz minnətdarlığını bildirir.
11.09.2019 - Lideraz.TV İnformasiya agentliyinin direktoru Xəqani Əliyev DİN-ə ünvanladığı...
Lideraz.TV İnformasiya agentliyinin direktoru Xəqani Əliyev DİN-ə ünvanladığı məktubunda respublikamızda ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsinə, cinayətkarlıqla mübarizədə əldə olunan yüksək nəticələrə, milli-mənəvi dəyərlərimizin qorunmasında fəaliyyətinə görə daxili işlər orqanlarının rəhbərliyinə və şəxsi heyətinə öz minnətdarlığını bildirir.