Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Tacəddin Babazadə üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in “Facebook” səhifəsi vasitəsilə etdiyi müraciətinə həssas yanaşıldığına, operativ baxıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Sumqayıt şəhər sakini Nəcəf Bayramlı səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Zərdab rayonunun Alıcanlı kənd sakini Laçın Əsədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda fiziki qüsurlu olan övladının müalicəsində göstərilən köməkliyə görə DİN və Zərdab RPŞ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş Mortaze Seyed Hamed Seyed Abdulhamed oğlu pul borcu ilə bağlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Camal Mövludov DİN rəhbərliyinə ünvanladığı məktubunda itkin düşmüş övladının tapılaraq ona təhvil verilməsinə görə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Aydan Babayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılmasına və ona göstərilən köməkliyə görə minnətdarlıq edir.

Bakı şəhər sakini Səkinə Babayeva etdiyi müraciətinə polis əməkdaşları tərəfindən operativ yanaşıldığını bildirir və qısa müddət ərzində ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. Və buna görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Həbibə Qafarova avtomobili ilə hərəkətdə olarkən digər bir nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Lalə İsmayılova qarşılaşdığı problemlə bağlı polis əməkdaşları tərəfindən operativ və həssas yanaşıldığına və müraciətinin qısa müddət ərzində müsbət həll olunduğuna görə DİO əməkdaşları minnətdarlığını bildirir.