Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.07.2023 - Qəbələ rayon sakini Vəlihəd Vəlixanov
Qəbələ rayon sakini Vəlihəd Vəlixanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda respublikamızda ictimai asayişi ayıq-sayıq qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.07.2023 - Cəlilabad rayon sakini Elnur Məmmədov
Cəlilabad rayon sakini Elnur Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində göstərdikləri köməkliyə görə “102” Xidməti-Zəng Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.07.2023 - Bakı şəhər sakini Habil İsmayılov
Bakı şəhər sakini Habil İsmayılov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Suraxanı RPİ İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.07.2023 - Vətəndaş Serafin Monika
Vətəndaş Serafin Monika üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
06.07.2023 - Bakı şəhər sakini İbrahim Mirzəliyev
Bakı şəhər sakini İbrahim Mirzəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda respublikamızda ictimai asayişi ayıq-sayıq qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.07.2023 - Sosial şəbəkə istifadəçisi Vəfa Heseynzadə
Sosial şəbəkə istifadəçisi Vəfa Heseynzadə tanışı tərəfindən döyülməsi ilə bağlı polisə müraciət etdiyini, qısa zamanda şıkayətinin təmin olunduğunu və baxılması üçün məhkəməyə göndərildiyini bildirir. Hüquqlarının qorunmasında göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin şəxsi heyətinə minnətdarlığını yazır.
06.07.2023 - Vətəndaş Eşqin Hüseynov
Vətəndaş Eşqin Hüseynov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
06.07.2023 - Bakı şəhər Yasamal rayon sakini Gülyaz Məmmədova
Bakı şəhər Yasamal rayon sakini Gülyaz Məmmədova naməlum şəraitdə mobil telefonunu itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
06.07.2023 - Sosial şəbəkə istifadəçisi İbrahim Ələkbərov
Sosial şəbəkə istifadəçisi İbrahim Ələkbərov naməlum şəraitdə itirdiyi pul kisəsinin qısa zaman kəsiyində tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü yazır.