Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qohumunun evindən 4 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
09.08.2026
Paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 4 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu 47 yaşlı N.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı müəyyən edilib. Araşdırma aparılır.
Paytaxt ərazisində soyğunçuluq edən şəxs saxlanılıb
Paytaxtın Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Belə ki, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək əlindəki mobil telefonu alıb və hadisə yerindən uzaqlaşıb.Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı V.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Avqustun 8-də və 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının avqustun 8-də və 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 30,5 kiloqramdan artıq narkotik vasitə və 52 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 8-də və 9-da ümumi çəkisi 30,5 kiloqramdan artıq narkotik vasitə və 52 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Avqustun 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
08.08.2026
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
07.08.2026
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb
Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs müştəri qismində əyləşdiyi taksidə sürücünün avtomobildən enməsindən istifadə edərək salondan 770 manat pul vəsaiti, mobil telefon və bank kartlarını oğurlayıb. Faktla bağlı araşdırma aparılır.
Evdən 10 min manat oğurlayan şəxs saxlanılıb
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib. Faktla bağlı araşdırmalar davam etdirilir.