Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sosial şəbəkələrdə vətəndaşları “kreditə pul verilir” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar
02.08.2023
Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Aldatma yolu ilə vətəndaşların bu sahədə məruz qaldığı əsas neqativ hallar sırasında “kreditə pul verilir”, “onlayn qazanc”, “az xərclə çox qazan” və digər başlıqlar altında şirnikləndirici vədlər artmaqdadır. Bunu nəzərə alaraq DİN əməkdaşları tərəfindən növbəti belə talama əməllərində şübhəli bilinən şəxslər rəqəmsal texnoloji metodlarla müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilməklə şəbəkələşmiş qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Qrup üzvləri “Komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər. Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıblar və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar.Əməliyyatçılar tərəfindən Bakı şəhərində yerləri müəyyən edilən şəbəkə üzvləri - paytaxt sakini əvvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Kənan Əmrahlı, 2003-cü il təvəllüdlü Raqif Məmmədov, 1994-cü il təvəllüdlü Zahir Xalidoğlu və 1995-ci il təvəllüdlü Emin İsmayılov saxlanılıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə onlarla şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər. Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
01.08.2023
Avqustun 1-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yasamal Rayon ərazisindəki evlərdən birinin girişindən skuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
“20 Yanvar” stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini saxlanılıb
Beyləqan Rayon ərazisində saxlanılan şəhər sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Ağcabədi Rayon ərazisində saxlanılan şəhər sakinindən marixuana aşkar olunaraq götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini X.Şirinovdan 415 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Samux Rayon Hacıalılı kənd sakininə məxsus həyətyanı sahədən çətənə kolu aşkar olunaraq götürülüb
Ağstafa Rayon Muğanlı kəndində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Nərimanov rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
31.07.2023
İyulun 31-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.