DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

22.04.2024

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib.  
İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=VCRO8kWOrbU

 

22.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub 22.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silah-sursat təhvil götürülüb 22.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 22.04.2024
  • Aprelin 22-də ümumi çəkisi 5,7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 465 qram psixotrop maddə aşkar olunaraq götürülüb 22.04.2024
  • Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən tikinti materialları və elektrik naqili oğurlamaqda şübhəli bilinən N.Ağayev saxlanılıb 22.04.2024
  • Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən R.Məlikov saxlanılıb 22.04.2024
  • Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar 22.04.2024
  • Yasamalda 4 kq narkotik vasitə ələ keçirilib 22.04.2024