Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
11.01.2026
Polis əməkdaşlarının yanvarın 10-da və 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 16,2 kiloqrama yaxın narkotik vasitə və 333 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 10-da və 11-də ümumi çəkisi 16,2 kiloqrama yaxın narkotik vasitə və 333 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 10-da və 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 7 qumbara, 2 alışdırıcı, 66 tüfəng, 14 patron darağı və 375 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
10.01.2026
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
09.01.2026
Paytaxt ərazisində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıblar
Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Qaradağda market və ticarət mərkəzindən oğurluq edən şəxsləri polis saxlayıb
Qaradağ rayonunda yerləşən ticarət mərkəzi və marketlərin birindən oğurluqlar edilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F.Rəsulov, A.Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıblar.Araşdırmalar aparılır.
Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi sakinlərindən biri evindən oğurluq edilməsi barədə polisə müraciət edib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.