Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
07.01.2025
Yanvarın 7-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Binəqədi və Nəsimi rayonunda telefon oğurlayan 3 nəfəri saxlayıb
Binəqədi rayonu ərazisində mağazaların birindən 1000 manat dəyərində mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.Keçirilən tədbirlərlə hadisəni törədən əvvələr məhkum olunmuşlar E.Abdullayev və P.Ağayeva müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.Paytaxtın Nəsimi rayonunda da analoji hadisə baş verib. Azadlıq prospektində yerləşən ticarət mərkəzlərinin birindən 4100 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən R.Heydərova da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Paytaxtda marketdən oğurluq edən şəxs saxlanılıb
Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 1300 manat dəyərində pul və tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Bəhmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonunda oğurluq və dələduzluq edənlər saxlanılıblar
Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 6850 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı M.Teymurova saxlanılıb.Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 5695 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Bəyəliyevin saxlanılması təmin edilib.Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə və 144 ədəd metadon həbi götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 7-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin 144 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 9 qumbara, 3 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 319 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
06.01.2025
Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb
Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən 1500 manat dəyərində elektrik naqili və inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində bir neçə evdən naqil, noutbuk, oyun aparatları və qızıl əşyaları oğurlaması da müəyyən olunub.