Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 12,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
10.01.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 10-da ümumi çəkisi 12,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 8 qumbara, 1 qumbaraatan, 1 mərmi, 1 alışdırıcı, 38 tüfəng, 43 patron darağı və 785 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb. Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın heroin, tərkibi pisxotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.Paytaxt və regionlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonunda silsilə oğurluqlar qeydə alınıb. Elektrik şəbəkə müəssisələrindən birinin nümayəndəsi polisə müraciət edərək ayrı-ayrı ünvanlarda binaların girişlərində quraşdırılmış enerji paylayıcı qutularından müxtəlif markalı elektrik avadanlıqlarının oğurlanması barədə şikayətini bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə talama cinayətlərini törətmiş əvvəllər dəfələrlə məhkum olunan 63 yaşlı Qulam Qulyev saxlanılıb. Onun oğurladığı avadanlıqların bir hissəsi tapılaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Q.Qulyevin Xətai və Sabunçu rayonlarında da binaların həyətlərində analoji hadisələr törətdiyi müəyyən edilib.Saxlanılan şəxsin həmin əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
09.01.2025
Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb
Sabunçu rayonu ərazisində yerləşən komplekslərin birindən naməlum şəxsin oğurluq etməsi və nəticədə zərərəçəkənə 10000 manat maddi ziyan vurması, daha sonra gözətçini kəsici alətlə hədələyərək hadisə yerindən qaçması barədə polisə məlumat daxil olub.Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 39 yaşlı N.Quliyev və 34 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.Araşdırmalar aparılır.
Nəsimi rayonunda oğurluq və soyğunçuluqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə 1200 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 54 yaşlı B.Kazımzadə müəyyən olunaraq saxlanılıb.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Orucovun müəyyən olunaraq saxlanılması təmin edilib.Bundan başqa Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulmuş A.Cəfərovun rayon ərazisində bir evdən 3000 manat dəyərində naqil və müxtəlif şəxslərə məxsus mobil telefonlar oğurlaması da müəyyən olunub.Faktlarla bağlı araşdırmalar aparılır.
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən fermaların birindən 7 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən fermaların birindən 7 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər – A.Qurbanov, F.Əliqayev və F.Allahverdiyev müəyyən olunaraq saxlanılıblar. Xətai rayonu ərazisində isə polisin keçirdiyi əməliyyat zamanı isə bir nəfərə məxsus avtomobildən 585 manat oğurlamaqda şübhəli bilinən H.Ələkbərov da müəyyən olunaraq saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə heroin də aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev və obyektdən oğurluq edilməsi, nəticədə zərərçəkənlərə 26 min manatdan artıq maddi ziyanın vurulması barədə polisə məlumatlar daxil olub.Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı E.Sefiyev, 28 yaşlı F.Əlizadə və 32 yaşlı N.Abdullazadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.